Malcolm Gladwell - Dahilər və autsayderlər (TAM KİTAB) 1-Cİ HİSSƏ

Bu kitab qeyri-adi davranış nümayiş etdirən insanlar haqqındadır. O insanlar ki, onların hərəkətləri və nai­liyyətləri adi çərçivədən kənara çıxır, o insanlar ki, alim­lər onları müstəsna kimi səciyyələndirir. Kanadalı sosioloq, jurnalist Malcolm Gladwell bizi belə qeyri-adi adamlarla tanış edir: dahilərlə, biznesmenlərlə, rok ulduzları, kom­püter proqramçıları ilə... Həyatda uğur qazanmış vəkil­lərin sirrini açır, mahir və adi təyyarəçilərdən danışır, asi­yalıların riyaziyyatda niyə belə xüsusi istedadlı olduğunu əsaslandırır. Müəllif qeyri-adi insanların həyatını öyrən­dikcə sübut etməyə çalışır ki, bizim uğur anlayışı haqqında təsəvvürlərimiz yanlışdır.Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.

Om Podcasten

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər.Təşəkkür edirik!Bizə dəstək olmaq istəyənlər üçün: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support